Menyu

Türkiyə ordusu İraqda 3 PKK terrorçusunu zərərsizləşdirib

Əsəd Abbaslı
Türkiyə ordusu İraqda 3 PKK terrorçusunu zərərsizləşdirib

İraqın şimalındakı Qara bölgəsində aşkarlanan 3 PKK terrorçusu zərərsizləşdirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat açıqlayıb.

Məlumatda qeyd edilir ki, qətiyyətlə aparılan terrorla mübarizə fasiləsiz olaraq davam edir.

Nazirliyin sosial media hesabında yer alan açıqlamada bu ifadələr yer alıb:

"Yorulmadan mübarizəyə davam edirik. Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Qara bölgəsində aşkarladıqları 3 PKK terrorçusunu zərərsizləşdirib. Terroru mənbəyində məhv edilməsi üçün gözlənilməz, qeyri-adi, sürətli və davamlı əməliyyatlara davam edəcəyik".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər