Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin işinin bitdiyini və Ukraynada həyata keçirilən “xüsusi hərbi əməliyyatlar”ın öz məqsədlərinə çatacağını bildirib.
"Operativ Media" xəbər verir ki, Medvedev "X" hesabından ABŞ-dəki prezident seçkilərinin nəticələri ilə bağlı etdiyi paylaşımda, "Kamalanın işi bitib. Qoyun yoluxucu bir şəkildə gülməyə davam etsin. "Xüsusi hərbi əməliyyatların" hədəfləri dəyişməyəcək və bu hədəflərə çatılacaq" deyə qeyd edib.