Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 15 terrorçunu zərərsizləşdirib
Əsəd Abbaslı
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında PKK/YPG-nin 15 yaraqlısını zərərsizləşdirib.
"Operativ Media" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.
“Türkiyə Silahlı Qüvvələri “Fərat Qalxanı” və “Barış Pınarı” [əməliyyatları] bölgələrində təsbit etdiyi 15 PKK/YPG terrorçusunu zərərsizləşdirib”, – məlumatda diqqətə çatdırılıb.
Vurğulanıb ki, “ən son terrorçu zərərsizləşdirilənədək əməliyyatlar davam etdiriləcək”.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma