Menyu

Şuşada ilk körpə dünyaya gəlib

Əsəd Abbaslı
Şuşada ilk körpə dünyaya gəlib

İşğaldan azad edildikdən sonra Şuşa şəhərində qurulan Modul Tipli Xəstəxanada ilk körpə dünyaya gəlib.

Bu barədə "Operativ Media"a TƏBİB-dən bildirilib.

Şuşa sakini, 1990-ci il təvəllüdlü Təranə Xamıyevanın dünyaya gətirdiyi ilk körpəsi qız övladıdır. Körpənin çəkisi 3,200 qr., boyu 54 sm. olub.

Doğuş həkim-mama-ginekoloq Təranə Həsənova tərəfindən uğurla icra olunub.

Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.

Teqlər:

"\u015eu\u015fada ilk k\u00f6rp\u0259 d\u00fcnyaya g\u0259lib"

Əlaqəli Xəbərlər