SEPAH ABŞ-nin 200-dən çox hərbçisinin həlak olduğunu iddia edib
Operativ Media
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Mohebi ABŞ ilə hərbi əməliyyatların bərpa olunmasından sonra 15 gün ərzində 200-dən çox amerikalı hərbçinin öldüyünü bildirib.
Operativ Media xəbər verir ki, SEPAH rəsmisi bu barədə "Tasnim" agentliyinə müsahibəsində məlumat verib. Onun sözlərinə görə, Vaşinqtonun itkilərlə bağlı təqdim etdiyi statistik göstəricilər tamamilə yalandır.
Hüseyn Mohebi qeyd edib ki, ABŞ-yə aid obyektlərə təşkil olunan hücumlar zamanı qoşunların yerləşdiyi 8 mərkəz vurulub. O, həlak olan amerikalıların sayının 200-ü keçdiyini, yaralananların sayının isə bundan dəfələrlə çox olduğunu iddia edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net