"Operativ Media" xəbər verir ki, hadisə şəhərin T.Xəlilbəyli küçəsində qeydə alınıb.
DİN-nin mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib ki, oktyabrın 19-da saat 21:00 radələrində salyan rayon sakini Əziz salayevin başnahiyyəsindən aldığı xəsarətlər nəticəsində ölməsi barədə polis şöbəsinə məlumat daxil olub.
Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törədən, əvvəllər məhkum olunmuş, 1977-ci il təvəllüdlü E.Səmədov saxlanılıb.