Menyu

Hərbi qulluqçular arasında atletika üzrə yarış keçirilib

Nərmin Qocamanlı
Hərbi qulluqçular arasında atletika üzrə yarış keçirilib

Quru Qoşunlarının 2024-cü il üçün hazırlıq planına əsasən, hərbi qulluqçular arasında atletika üzrə yarış keçirilib. 

Beynəlxalq qaydalara uyğun olaraq keçirilən yarışda, birlik, birləşmə və əlahiddə bölmələrdən 6 komanda üzrə 59 nəfər iştirak edib.

Plana əsasən, komandalar müxtəlif məsafələrə qaçış, turnikdə dartınma, turnikdə aşaraq dayağa qalxma, eləcə də estafet yarışlarında güclərini sınayıblar. 

Yarışa Quru Qoşunlarının fiziki hazırlıq və idman bölməsinin zabitləri hakimlik ediblər.

Hərbi qulluqçuların fiziki hazırlıq səviyyələrinin yüksəldilməsi məqsədilə keçirilən yarışın yekununda qaliblərə kubok və medallar təqdim edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər