Menyu

"Real Madrid"in fransalı hücumçusunu 6 ilə qədər həbs gözləyir

Əziz Əzizli
"Real Madrid"in fransalı hücumçusunu 6 ilə qədər həbs gözləyir

 "Real Madrid"in və Fransa millisinin 25 yaşlı hücumçusu Kilyan Mbappe zorlamada təqsirli bilinərsə, İsveç qanunlarına görə 6 ilə qədər həbs cəzası gözləyir.

"Operativ Media" xəbər verir ki, bu haqda "Cerfia" məlumat yayıb.

Qeyri-rəsmi məlumatlara görə, İsveçin paytaxtı Stokholmda bir qadın bu həftə polisə müraciət edərək Mbappeni ona təcavüz etməkdə ittiham edib.

Fransanın “Le Parisien” nəşri xəbər verir ki, Mbappe Stokholmun gecə klublarından birində bir qadınla tanış olub və qarşılıqlı razılıq əsasında onunla gecələyib.

Mbappenin şübhəlilər siyahısında olması ilə bağlı hələlik rəsmi məlumat verilməyib.

Teqlər:

"\"Real Madrid\"in fransal\u0131 h\u00fccum\u00e7usunu 6 il\u0259 q\u0259d\u0259r h\u0259bs g\u00f6zl\u0259yir"

Əlaqəli Xəbərlər