Tovuzda zavodda baş vermiş yanğın söndürülüb - YENİLƏNİB 2
Tovuz rayonu, Qovlar şəhərində zavodda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ müdaxiləsi sayəsində daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb.
"Operativ Media" xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.
***
Xəbər verildiyi kimi, Tovuz rayonu, Qovlar şəhərində zavodda baş vermiş yanğınla əlaqədar əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Bu barədə "Operativ Media"ya FHN-dən məlumat verilib.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində zavodda baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
10:04
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz rayonu, Qovlar şəhərində zavodda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Bu barədə "Operativ Media"ya FHN-dən məlumat verilib.
Hazırda yanğınla mübarizə tədbriləri davam etdirilir. Əlavə məlumat veriləcək