Menyu

İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstan kursantları arasında idman yarışları keçirilir

Nərmin Qocamanlı
İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstan kursantları arasında idman yarışları keçirilir

Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələrinin qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi tədbirləri çərçivəsində İstanbul şəhərində hər üç ölkənin hərbi məktəblərinin kursantları arasında dostluq idman yarışları keçirilir.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, qardaş ölkənin Milli Müdafiə Universiteti tərəfindən təşkil olunan Azərbaycan-Gürcüstan-Türkiyə kursantları arasında idman sahəsi üzrə üçtərəfli yarışda ölkəmizi Heydər Əliyev adına Hərbi İnstitutun 3-ü zabit və 31-i kursant olmaqla, 34 nəfərlik heyəti təmsil edir.

Yarışlara atletika, voleybol, üzgüçülük və güləş idman növləri daxildir.

Türkiyə Respublikası Milli Müdafiə Universitetinin Hərbi Dənizçilik Məktəbinin ev sahibliyi ilə keçirilən yarış oktyabrın 18-dək davam edəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər