Menyu

Messi: "Martinez "Qızıl top"a layiqdir"

Əziz Əzizli
Messi: "Martinez "Qızıl top"a layiqdir"

Argentina millisi ilə dünya çempionu olan, Amerika kubokunun qalibi və "İnter Mayami"nin hücumçusu Lionel Messi İtaliya çempionu "İnter"in argentinalı  hücumçusu Lautaro Martinezin "Qızıl top"u bu il alacağına ümid etdiyini bildirib.

"Operativ Media" xəbər verir ki, bu haqda "La Gazetta dello Sport" məlumat yayıb.

“O, əla mövsüm keçirib, Amerika Kubokunun ən yaxşı bombardiri olub, finalda qələbə qolunu vurub. Lautaro “Qızıl top”a hamıdan çox layiqdir”.

Lautaro Martinez son İtaliya çempionatının ən yaxşı bombardiri olub. "Qızıl top" mükafatlandırma mərasimi oktyabrın 28-də Parisdə baş tutacaq.

Teqlər:

"Messi: \"Martinez \"Q\u0131z\u0131l top\"a layiqdir\""

Əlaqəli Xəbərlər