Menyu

Metrodan istifadə edən sərnişinlərin sayı artıb

Metrodan istifadə edən sərnişinlərin sayı artıb

Bu ilin yanvar-sentyabr aylarında Bakıda metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 2023-cü ilin eyni dövrünə nisbətən 7,3 % artıb.

"Operativ Media" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Bakı metropolitenindən istifadə edənlərin sayı 168,3 milyon nəfər olub.

Qeyd edək ki, hazırda metro stansiyalarının ümumi sayı 27, Bakı metrosunun ümumi uzunluğu isə 40,7 kilometrdir.

Bakı metropoliteninin konseptual inkişaf proqramına uyğun olaraq, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 kilometrə, stansiyaların sayı isə 76-ya çatdırılacaq.

Teqlər:

"Metrodan istifad\u0259 ed\u0259n s\u0259rni\u015finl\u0259rin say\u0131 art\u0131b"

Əlaqəli Xəbərlər