Azərbaycan avarçəkənləri Mingəçevir reqatasında iki qızıl medal qazandılar
Əziz Əzizli
Bu gün “Mingəçevir Reqatası 2024” beynəlxalq turnirinə start verilib.
"Operativ Media" xəbər verir ki, reqata Mingəçevirdə başlayıb və Azərbaycan, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistan olmaqla ümumilikdə 12 ölkədən yüzə yaxın avarçəkən iştirak edir. Maraqlıdır ki, ilk dəfə reqata işğaldan azad edilmiş Füzulidə keçiriləcək.
Turnirin ilk günündə iştirakçılar müxtəlif yaş qruplarında çıxış edir və 11 yarışda mübarizə aparırlar. Onların arasında Azərbaycan avarçəkənlərinin hazırda ikisi qızıl olmaqla yeddi medalı var.
2006-07-ci il təvəllüdlü idmançılar arasında 500 m məsafəyə avarçəkmə yarışında Amil Ramazanov ən yaxşı nəticə göstərərək Azərbaycana qızıl medal qazandırıb. Eyni məsafədə avarçəkənlər arasında (2008-09-cu il təvəllüdlü) Əlimurad Hacızadə ikinci yeri tutub.
500 m məsafəyə avarçəkmə üzrə qoşaların yarışında (2008-09-cu il təvəllüdlü) Niyaz Məlikov və Elvin Əliyev dueti 3-cü olub.
1500 m məsafəyə avarçəkmə yarışında (2006-07-ci il təvəllüdlü) Nurlan Paşayev qızıl, Cahangir Məmmədli gümüş, Maqomed Niftullayev isə bürünc medal qazanıb. 1000 metr məsafəyə kanoedə (2008-09) Cavid Vəlizadə bürünc medal qazanıb.
Sabah yarış Füzulidə, oktyabrın 18-də isə final mərhələsi Mingəçevirdə keçiriləcək.
Teqlər:
"Az\u0259rbaycan avar\u00e7\u0259k\u0259nl\u0259ri Ming\u0259\u00e7evir reqatas\u0131nda iki q\u0131z\u0131l medal qazand\u0131lar"