Menyu

NİİM: Avtomagistralda geriyə hərəkət edən avtomobilin sürücüsü qəzaya səbəb olub - VİDEO

Nərmin Qocamanlı
NİİM: Avtomagistralda geriyə hərəkət edən avtomobilin sürücüsü qəzaya səbəb olub - VİDEO

Avtomagistralda geriyə hərəkət edən avtomobilin sürücüsü yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub.

NİİM-dən "Operativ Media"ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Yasamal rayonu, Kənar Dairəvi yolda baş verib.

Qəza səbəbindən Bakı-Sumqayıt şosesi istiqamətində sıxlıq yaransa da, polis əməkdaşları tərəfindən nəqliyyatın sərbəst hərəkətinin təmin edilməsi üçün işlər görülüb.

Müşahidələr göstərir ki, bu kimi hadisələr nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi Zığ dairəsi-Hava Limanı yolunda, Heydər Əliyev və Ziya Bünyadov prospektlərində də baş verib. 

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərin nəzərinə çatdırır ki, “Yol hərəkəti haqqında” Qanunun 43-cü maddəsinə əsasən avtomagistrallarda nəqliyyat vasitələrinin geriyə hərəkət etməsi qadağandır.

Teqlər:

"N\u0130\u0130M: Avtomagistralda geriy\u0259 h\u0259r\u0259k\u0259t ed\u0259n avtomobilin s\u00fcr\u00fcc\u00fcs\u00fc q\u0259zaya s\u0259b\u0259b olub - V\u0130DEO"

Əlaqəli Xəbərlər