Menyu

ADY: Ağstafa-Bakı və Qəbələ-Bakı qatarları dəyişdirilmiş qrafiklə hərəkət edəcək

Nərmin Qocamanlı
ADY: Ağstafa-Bakı və Qəbələ-Bakı qatarları dəyişdirilmiş qrafiklə hərəkət edəcək

Qobustan-Səngəçal sahəsində yerləşən dəmir yolu körpülərində aparılan əsaslı təmir işləri səbəbindən Ağstafa-Bakı və Qəbələ-Bakı qatarları müvəqqəti olaraq dəyişdirilmiş qrafik üzrə hərəkət edəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat yayıb.

Məlumata görə, oktyabrın 17-dən etibarən Ağstafadan Bakıya saat 8:20 və 16:40-da yola düşən qatarların Bakı Dəmiryol Vağzalına çatma saatları 13:27 və 21:47 əvəzinə müvəqqəti olaraq saat 13:36 və 21:56-ya dəyişdirilir.

Eyni zamanda, Qəbələdən Bakı istiqamətində saat 19:00-da hərəkətə başlayan qatarların Bakı Dəmiryol Vağzalına çatma vaxtı saat 22:20 əvəzinə saat 22:31-ə təyin edilir. Təmir işləri yekunlaşdıqdan sonra qatarlar əvvəlki qrafiklə xidmət göstərməyə davam edəcək.

Teqlər:

"ADY: A\u011fstafa-Bak\u0131 v\u0259 Q\u0259b\u0259l\u0259-Bak\u0131 qatarlar\u0131 d\u0259yi\u015fdirilmi\u015f qrafikl\u0259 h\u0259r\u0259k\u0259t ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər