Menyu

Roman Qriqorçuk: "Azərbaycana "Neftçi"ni çempion eləmək üçün getmişdim"

Əziz Əzizli
Roman Qriqorçuk: "Azərbaycana "Neftçi"ni çempion eləmək üçün getmişdim"

Roman Qriqorçuk bir müddət əvvəl “Neftçi”nin baş məşqçi postundan ayrılmasına münasibət bildirib.

"Operativ Media" xəbər verir ki, “Футбол 2.0” portalına danışan təcrübəli mütəxəssis “Neftçi”dəki işini dəyərləndirib:

“Neftçi” rəhbərliyinə çox təşəkkür edirəm. Azərbaycana bir məqsədlə getmişdim. Ümid edirdim ki, “Neftçi”ni çempion edib Çempionlar Liqasında oynayacağıq. Ora yalnız bunun üçün yollanmışdım. Amma 9 turdan sonra “Neftçi” bir qələbə də qazana bilmədi. Belə bir vəziyyətdə müqaviləyə xitam verilməsi barədə qarşılıqlı qərar verdik. Bizim nümayiş etdirdiyimiz nəticələrdən sonra başqa cür ola bilməzdi. “Neftçi”yə isə ən yaxşısını arzulayıram, hədəflərinə çatsınlar. Mənim prioritetim, təbii ki, Ukraynada qalmaqdır. Bunu əvvəllər etmək istəyirdim, sadəcə, Azərbaycana səfərlə bağlı istisna var idi. Bunu planlaşdırmamışdım, nədənsə bu seçim yarandı. İdeyalarımı həyata keçirmək, yüksək nəticələr əldə etməyə yönəlmiş layihə istəyirəm”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər