Zabratda avtomobil 65 yaşlı qadını vurub - YENİLƏNİB
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 16.10.2024-cü il tarixində saat 11:30 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisindən piyadavurma hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
TƏBİB-dən "Operativ Media"ya bildirilib ki, hadisə yerindən təxminən 60-65 yaşlarında şəxs (qadın cinsli) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.
***
12:31
Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Operativ Media" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat VERİB.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, qəza səbəbindən hazırda Heydər Əliyev prospekti istiqamətində sıxlıq yaranıb. Sıxlığın aradan qaldırılması məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Teqlər:
"Zabratda avtomobil 65 ya\u015fl\u0131 qad\u0131n\u0131 vurub - YEN\u0130L\u018fN\u0130B"