Menyu

9 ayda Qarabağa 3 milyard manatdan çox vəsait yönəldilib

9 ayda Qarabağa 3 milyard manatdan çox vəsait yönəldilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına və bərpasına 3 milyard 137,6 milyon manat vəsait yönəldib.

"Operativ Media" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin dövlət büdcəsində sözügedən məqsədlə nəzərdə tutulmuş 3 milyard 855,8 milyon manat vəsaitin 64,6 %-i deməkdir. Həmin vəsait sifarişçi təşkilatların müvafiq layihələr üzrə təqdim etdiyi kassa sifariş sənədləri əsasında istifadə olunub.

Dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üzrə icraçıların verdiyi sifarişlər əsasında 1 milyard 728,9 milyon manat maliyyələşdirilmə həyata keçirilib ki, bu da cari ildə həmin məqsəd üçün nəzərdə tutulmuş xərclərin 61,4 %-nə bərabərdir və ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 % çoxdur.

Teqlər:

"9 ayda Qaraba\u011fa 3 milyard manatdan \u00e7ox v\u0259sait y\u00f6n\u0259ldilib"

Əlaqəli Xəbərlər