Gürcüstandan Azərbaycana pul köçürmələri artıb
2026-cı ilin birinci yarısında Gürcüstana edilən pul köçürmələrinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 4% artaraq 1,9 milyard dollar təşkil edib.
Operativ Media xəbər verir ki, bu barədə "Novosti Qruziya" informasiya agentliyi məlumat yayıb.
Gürcüstan Milli Bankı ölkədən xaricə pul köçürmələrinin də kəskin aktivləşdiyini qeydə alıb. 2026-cı ilin yanvar-iyun aylarında Gürcüstandan xaricə 212,8 milyon dollar köçürülüb ki, bu da ötən ilin birinci yarısının göstəricisini 111,7% üstələyir.
Yarımilin yekunlarına görə, Gürcüstandan pul axınının əsas istiqaməti yenə də Azərbaycan olub – ölkəmizə 36,5 milyon dollar köçürülüb (artım 75,3%). Ən çox pul göndərilən ölkələrin ilk üçlüyünə Türkiyə (33,8 milyon dollar) və Rusiya (26,1 milyon dollar) da daxil olub.