Menyu

Nəsimi rayonunda yük maşını qəzaya uğrayıb, ətrafa yanacaq dağılıb

Nəsimi rayonunda yük maşını qəzaya uğrayıb, ətrafa yanacaq dağılıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yük avtomobilinin qəza etməsi nəticəsində ətrafa dağılan yanacağın yanğın-partlayış təhlükəli yaratması barədə məlumat daxil olub.

"Operativ Media" xəbər verir ki, bu barədə FHN mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “MERCEDES” markalı yük avtomobilinin idarəetməni itirərək tunelin divarına çırpılması nəticəsində yol-nəqliyyat qəzasının baş verdiyi və avtomobilin yanacaq çəninin zədələnməsi nəticəsində yanğın-partlayış təhlükəli vəziyyətin yarandığı müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş müvafiq tədbirlər sayəsində təhlükə aradan qaldırılıb.

Teqlər:

"N\u0259simi rayonunda y\u00fck ma\u015f\u0131n\u0131 q\u0259zaya u\u011fray\u0131b \u0259trafa yanacaq da\u011f\u0131l\u0131b"

Əlaqəli Xəbərlər