Menyu

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Nərmin Qocamanlı
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

"Operativ Media" xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Məlumata görə, əlavə təyin edilən qatarlar oktyabrın 19-da saat 09:15-də Bakıdan Ağstafaya, oktyabrın 20-də saat 15:00-da isə Ağstafadan Bakıya yola düşəcək.

Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Teqlər:

"Bak\u0131-A\u011fstafa-Bak\u0131 mar\u015frutu \u00fczr\u0259 \u0259lav\u0259 qatar reysl\u0259ri t\u0259yin edilib"

Əlaqəli Xəbərlər