Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
Nərmin Qocamanlı
Hazırda ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə leysan xarakterli yağış yağır.
Bu barədə "Operativ Media"ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 16-sı saat 9:00-a olan məlumata əsasən, yağıntılı hava şəraiti davam edir. Düşən yağıntının miqdarı Lerikdə 9 mm, Astarada 8 mm, Lənkəran, Şamaxı, Şabran, Şəkidə 4 mm, Göygöl, Neftçala, Oğuz, Zaqatala, Şərur, Şahbuz, Gədəbəy, Yardımlı, Naxçıvan, Daşkəsən, Gəncə, Şəmkir, Balakən, Qəbələ, Göyçay, İsmayıllı, Qobustan, Xaçmaz, Quba, Xaltan, Tərtər, Yevlax, Sabirabad, Hacıqabul, Biləsuvar, Şuşa, Füzuli, Kəlbəcərdə 3 mm-dək, Bakıda və Abşeron yarımadasında: Bakı, Sumqayıt, Maştağada 1 mm-dək olub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 11, Aran rayonlarında 14, dağlıq rayonlarda 7 dərəcəyədək isti qeydə alınıb.
Teqlər:
"\u00d6lk\u0259 \u0259razisind\u0259 ya\u011f\u0131nt\u0131l\u0131 hava \u015f\u0259raiti davam edir - FAKT\u0130K\u0130 HAVA"