"Operativ Media" xəbər verir ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən Z.Məmmədov və H.İsmayılov saxlanılıblar.
Həmin şəxslərdən 2 ədəd ov silahı, həmin silahlara aid patronlar, eləcə də qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Şabran RPŞ-də araşdırmalar aparılır.
Teqlər:
"\u015eabranda qanunsuz ov ed\u0259n \u015f\u0259xsl\u0259r saxlan\u0131l\u0131blar"