Menyu

"Mançester Yunayted" Aleks Ferqyussonun işinə son verib

Əziz Əzizli
"Mançester Yunayted" Aleks Ferqyussonun işinə son verib

Keçən il “Mançester Yunayted”ə ortaq olan və futbol idarəçiliyini üzərinə götürən Ser Jim Ratkliffin rəhbərliyi altında INEOS, xərcləri azaltmaq üçün yeni qərarlar verməyə davam edir.

"Operativ Media" "Athletic"ə istinadən xəbər verir ki, INEOS-un Ser Aleks Ferqyussonun klub səfiri vəzifəsinə son qoyduğu və müqaviləsinə xitam verildiyi bildirilib. Qeyd edilib ki, Ferqyusson mövsümün sonunda postunu tərk edəcək.

Bu qərarın Cim Ratkliffin xərclərin azaldılması proqramı çərçivəsində Aleks Ferqyusonla görüşməsi və daha pul verməməsi səbəbindən verildiyi bildirilib.

“Mançester Yunayted”də 1490 oyun keçirən və 27 il vəzifəsində qalan Aleks Ferqyuson qazandığı çoxsaylı kuboklarla tarixə düşüb.

13 çempionluqla Premyer Liqanı ən çox qazanan məşqçi olan Ferqyuson Çempionlar Liqası (2), FIFA Klublararası Dünya Kuboku, UEFA Super Kuboku, UEFA Kubok Qalibləri Kuboku, FA Kuboku (5), Liqa Kuboku (4), "Community Shield" (10) kubokunu qazanıb.

Teqlər:

"\"Man\u00e7ester Yunayted\" Aleks Ferqyussonun i\u015fin\u0259 son verib"

Əlaqəli Xəbərlər