Menyu

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Əsəd Abbaslı
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakının Sabunçu rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Operativ Media" xəbər verir ki, qəza Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən verilən xəbərə görə, saat 18:30 radələrində Sabunçu rayonu, Bilgəh ərazisindən piyadanı vurma hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan təxminən 50-55 yaşlarında (kişi cinsli) şəxsin həkimə qədər ölüm faktı qeydə alınıb.

Teqlər:

"Bak\u0131da piyadan\u0131n \u00f6l\u00fcm\u00fc il\u0259 n\u0259tic\u0259l\u0259n\u0259n yol-n\u0259qliyyat hadis\u0259si ba\u015f verib"

Əlaqəli Xəbərlər