Menyu

Dörd qəsəbədə qaz olmayacaq

Əsəd Abbaslı
Dörd qəsəbədə qaz olmayacaq

Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsində, Səbail rayonu, Bayıl qəsəbəsində, Xəzər rayonu, Binə qəsəbəsində və Binəqədi rayonu, Biləcəri qəsəbəsində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dən etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə "Operativ Media"a "Azəriqaz" İstehsalat Birliyindən (İB) bildirilib.

Qaz təchizatı dayandırılan müddətdə Pirşağı qəsəbəsinin, Bayıl qəsəbəsinin Z.Yusifzadə, S.Qədimova, A.Əliyev, Ə.Nəzmi, L.Babayev küçələrinin, Binə qəsəbəsinin Gürcüstanlılar məhəlləsinin, Biləcəri qəsəbəsinin Y.Hüseynov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Teqlər:

"D\u00f6rd q\u0259s\u0259b\u0259d\u0259 qaz olmayacaq"

Əlaqəli Xəbərlər