Menyu

Məhkəmə “Karvan 2002” şirkəti ilə bağlı qərarı açıqlayıb

Nərmin Qocamanlı
Məhkəmə “Karvan 2002” şirkəti ilə bağlı qərarı açıqlayıb

“Karvan 2002” MMC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib.

"Operativ Media"nın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.
 

Teqlər:

"M\u0259hk\u0259m\u0259 \u201cKarvan 2002\u201d \u015firk\u0259ti il\u0259 ba\u011fl\u0131 q\u0259rar\u0131 a\u00e7\u0131qlay\u0131b"

Əlaqəli Xəbərlər