Menyu

Yağıntılı hava şəraiti daha iki gün davam edəcək - XƏBƏRDARLIQ

Nərmin Qocamanlı
Yağıntılı hava şəraiti daha iki gün davam edəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında oktyabrın 16-sı gündüzədək qeyri-sabit, yağıntılı hava şəraitinin davam edəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə "Operativ Media"ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Teqlər:

"Ya\u011f\u0131nt\u0131l\u0131 hava \u015f\u0259raiti daha iki g\u00fcn davam ed\u0259c\u0259k - X\u018fB\u018fRDARLIQ"

Əlaqəli Xəbərlər