Menyu

Hacıqabulda subasmaya məruz qalan 12 nəfər təxliyə olunub - VİDEO

Əsəd Abbaslı
Hacıqabulda subasmaya məruz qalan 12 nəfər təxliyə olunub - VİDEO

İntensiv yağışlar nəticəsində Hacıqabul şəhərinin subasmaya məruz qalmış ərazilərində zəruri təhlükəsizlik tədbirlərinin görülməsi üçün Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

"Operativ Media" xəbər verir ki, ötən gündən başlayan əməliyyat gecə saatlarında da fasiləsiz olaraq davam etdirilib.

Əməliyyat nəticəsində subasmaya məruz qalmış bir sıra ünvanlarda suyun çəkilərək kənarlaşdırılması təmin olunub.

Həmçinin, Nazirliyin qüvvələri tərəfindən köməyə ehtiyacı olan 3-ü uşaq olmaqla ümumilikdə 11 nəfər, o cümlədən tibbi yardıma ehtiyacı olan 1 nəfər təxliyə olunub.

Hazırda Nazirliyin Mülki müdafiə qoşunları və Muğan Regional Mərkəzinin qüvvələrinin cəlb olunduğu əməliyyat davam etdirilir.

Teqlər:

"Hac\u0131qabulda subasmaya m\u0259ruz qalan 12 n\u0259f\u0259r t\u0259xliy\u0259 olunub - V\u0130DEO"

Əlaqəli Xəbərlər