Menyu

Bakı metrosunda qatarların hərəkətində ləngimə yaranıb

Əsəd Abbaslı
Bakı metrosunda qatarların hərəkətində ləngimə yaranıb

"Bakı Metropoliteni" QSC-nin "İçərişəhər" stansiyasına daxil olan qatarın qapılarından maşinistin idarəetmə pultuna daxil olmuş siqnal əsasında qatar stansiyada ikən ona baxış keçirilib.

Bu barədə "Operativ Media"a "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Məlumata görə, əlavə texniki baxış tələb olduğundan, Bakı metropoliteninin təhlükəsizlik tələblərinə uyğun olaraq, qatar, sərnişinsiz hərəkət etməklə, "Nərimanov" elektrik deposuna göndərilib.

Əvəzinə xəttə qatar verilib.

Nəticədə, Qırmızı xətt üzrə intervaldan əlavə 2 dəqiqə yubanma qeydə alınıb.

Teqlər:

"Bak\u0131 metrosunda qatarlar\u0131n h\u0259r\u0259k\u0259tind\u0259 l\u0259ngim\u0259 yaran\u0131b"

Əlaqəli Xəbərlər