Menyu

132-134 nömrəli Təhsil Kompleksinə direktor təyin edilib

Nərmin Qocamanlı
132-134 nömrəli Təhsil Kompleksinə direktor təyin edilib

Oktyabrın 9-da Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən, Aygün Mikayılova 132-134 nömrəli Təhsil Kompleksinə direktor təyin edilib. 

Bu barədə "Operativ Media"ya MÜTDA-dan bildirilib.

Aygün Mikayılova 1996-cı ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi fakültəsini bitirib. 

Əmək fəaliyyətinə 1996-cı ildə Bakı Avropa Liseyində müəllim olaraq başlayıb. 2005-2006-cı illərdə Bakı Avropa Liseyində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb. 

2015-2018-ci illərdə Bakı Avropa Liseyində direktor, 2018-2024-cü illərdə isə H.Əliyev adına Müasir Təhsil Kompleksində icraçı direktor vəzifəsində çalışıb. 

Qeyd edək ki, Aygün Mikayılova 2008-ci ildə “Əməkdar müəllim” adına layiq görülüb.

Teqlər:

"132-134 n\u00f6mr\u0259li T\u0259hsil Kompleksin\u0259 direktor t\u0259yin edilib"

Əlaqəli Xəbərlər