Menyu

AYNA: Bakıda 1 məntəqədə ödənişli parklanma sistemi tətbiq edilib

AYNA: Bakıda 1 məntəqədə ödənişli parklanma sistemi tətbiq edilib

Bakının Mərdanov qardaşları küçəsində 1 məntəqədə ödənişli parklanma sistemi tətbiq edilib.

"Operativ Media" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, həmçinin Agentlik paytaxtın Alı Mustafayev küçəsində 17 yerlik parklanma məntəqəsi üçün nişanlanma işləri başa çatıb.

Bildirilir ki, bundan başqa, Bakının Mərdanov qardaşları, Yusif Məmmədəliyev və Alı Mustafayev küçələrindəki parklanma məntəqələrində yeni məlumat lövhəsi yol nişanı quraşdırılıb.

Teqlər:

"AYNA: Bak\u0131da 1 m\u0259nt\u0259q\u0259d\u0259 \u00f6d\u0259ni\u015fli parklanma sistemi t\u0259tbiq edilib"

Əlaqəli Xəbərlər