Menyu

MMU-da "Çin dili" kursunun açılış mərasimi keçirilib - VİDEO

Nərmin Qocamanlı
MMU-da "Çin dili" kursunun açılış mərasimi keçirilib - VİDEO

Milli Müdafiə Universitetinin (MMU) Hərbi İdarəetmə İnstitutunun Xarici dil mərkəzində "Çin dili" kursunun açılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, mərasimdə Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Din Tao, hərbi attaşesi Van Ley və digər qonaqlar iştirak ediblər.

Çıxış edənlər iki ölkə arasında əlaqələrin hər keçən gün möhkəmlənməsindən, Çin dilinin hərbi sahədə əlaqələrin inkişafına verəcəyi töhfələrdən bəhs edib, kurs iştirakçılarına uğurlar diləyiblər.

Mərasimin bədii hissəsində qonaqlara Çin milli rəqsi və "Çay sənəti" tamaşası təqdim edilib. Bədii kompozisiyalar mərasim iştirakçılarının marağına səbəb olub.  
Milli Müdafiə Universitetində keçirilən "Çin dili" kursu cari ilin dekabr ayının 30-dək davam edəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər