"Neftçi" kolumbiyalı hücumçu Brayan Moreno ilə yollarını ayırıb.
"Operativ Media" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
“Neftçi” PFK Brayan Moreno ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Qeyd edək ki, bu ilin yanvarında transfer olunmuş Moreno “Neftçi”nin heyətində 18 rəsmi oyun keçirib, 4 qol vurub. Zədəli olduğu üçün onun adı bu mövsümkü iştirak ərizəsinə salınmamışdı.