"Bavariya" Musialaya 25 milyon avro məvacib ödəməyə hazırdır
Əziz Əzizli
"Bavariya" Almaniyanın hücumameyilli yarımmüdafiəçisi Camal Musiala ilə yeni müqavilə imzalamaq və ona illik 25 milyon avro maaş vermək istəyir.
"Operativ Media" xəbər verir ki, bu haqda "Sky Sport Germany" məlumat yayıb. İndi "Bavariya"da bu qədər pulu ancaq ingilis mərkəz hücumçusu Harri Keyn alır.
“Bavariya” artıq Musiala ilə müqavilənin 2030-cu ilə qədər uzadılması məsələsi ilə bağlı danışıqlara başlayıb. Onun hazırkı müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub.
Cari mövsümdə Musiala "Bavariya" ilə bütün yarışlarda 8 matçda iştirak edib, 3 qol vurub, 3 məhsuldar ötürmə edib.
"Transfermarkt" onun transfer dəyərini 130 milyon avro qiymətləndirir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net