Ana səhifə / İdman / "Yuventus"un kapitanı əməliyyat olundu "Yuventus"un kapitanı əməliyyat olundu 08.10.2024, 15:59 Əziz Əzizli "Yuventus"un kapitanı, 27 yaşlı braziliyalı müdafiəçi Bremer sol dizinin çarpaz bağlarından zədələnərək əməliyyat olunub. "Operativ Media" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Əməliyyatın uğurlu keçdiyi qeyd edilir. 27 yaşlı futbolçu bir neçə gündən sonra reabilitasiya mərhələsinə başlayacaq. Onun növbəti mövsümdə meydana qayıtması gözlənilir. Bremer Çempionlar Liqasında Almaniyanın "RB Leypsiq"i ilə oyunda (3:2) zədələnib. Bu mövsümdə Bremer "Yuventus"la 8 matçda iştirak edib. Teqlər: "\"Yuventus\"un kapitan\u0131 \u0259m\u0259liyyat olundu"
01.03.2026, 14:25 Ceyhun Bayramov: Hər hansı bir ölkə tərəfindən Azərbaycan ərazisinin qonşu və dost İrana qarşı istifadə edilməsi mümkün deyil