Menyu

"Yuventus" Serxio Ramosu transfer etmək istəyir

Əziz Əzizli
"Yuventus" Serxio Ramosu transfer etmək istəyir

"Yuventus" yayda İspaniya "Sevilya"sından azad agent kimi ayrıldıqdan sonra komandasız qalan 38 yaşlı ispan müdafiəçi Serxio Ramosu transfer etmək istəyir.

"Operativ Media" "Tuttosports"a istinadən xəbər verir ki, "Yuventus" çarpaz diz bağları və menisk zədəsi səbəbindən təxminən bir il yaşıl meydanlardan kənarda qalacaq braziliyalı müdafiəçi Qleison Bremerə əvəzləyici axtarır.

"Yuventus" Serxio Ramosla bu mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalamağa hazırdır.

Ötən mövsüm Serxio Ramos "Sevilya"nın heyətində 37 matçda iştirak edib, 7 qol vurub, 1 qol ötürməsi edib.

Transfermarkt Serxio Ramosun transfer dəyərini 2,5 milyon avro qiymətləndirir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər