Polşada Amerika hərbi bazasının inşası Varşavaya 3,2 milyard dollara başa gələcək
Şəfa Hüseynli
Polşa ərazisində daimi ABŞ hərbi bazasının inşası Varşavaya təxminən 12 milyard zlotıya (təxminən 3,2 milyard dollar) başa gələcək.
Operativ Media xəbər verir ki, bu barədə Polşa xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, daimi ABŞ bazasının ya Poznan bölgəsində və ya Vrotslav yaxınlığında inşa edilməsi gözlənilir. Seçim əsasən orada böyük aerodromların olması ilə bağlıdır.
Hökumət mənbələri qeyd edir ki, "Bu əməliyyatın miqyası görünməmiş dərəcədə böyük ola bilər. Amerika bəyanatları göstərir ki, Polşaya daimi olaraq 5000 əlavə əsgər yerləşdiriləcək".
Məqalədə deyilir ki, investisiyanın dəyəri 12 milyard zlotiyə çata bilər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net