Tiaqo Silva sabiq klubuna qayıtdı
"Porto" ilə müqavilə müddəti başa çatdıqdan sonra komandadan ayrılan Tiaqo Silva keçmiş klubu "Fluminense"yə qayıdıb.
Operativ Media xəbər verir ki, bu haqda Braziliya klubunun mətbuat xidməti məlumat yayıb.
Klubun rəsmi internet saytında yayımlanan bəyanatda təcrübəli mərkəz müdafiəçisi ilə bu ilin sonunadək qüvvədə olacaq müqavilə imzalandığı bildirilib.
Futbol karyerasına "Fluminense"nin yetirməsi kimi başlayan braziliyalı müdafiəçi daha sonra müvafiq olaraq "RS Futebol", "Yuventude", "Porto", "Dinamo Moskva", "Milan", PSJ və "Çelsi" klublarının formasını geyinib. "Chelsea" ilə müqaviləsi 2024-cü ildə başa çatdıqdan sonra "Fluminense" ilə yenidən razılığa gələn Silva bu ilin əvvəlində "Porto"ya transfer olunmuşdu. "Porto"dan ayrıldıqdan sonra 41 yaşlı oyunçu növbəti dəfə "Fluminense" ilə müqavilə imzalayıb.
Karyerası ərzində ümumilikdə 818 oyuna çıxan Tiaqo Silva bu qarşılaşmalarda 53 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.