“Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib
Nərmin Qocamanlı
2024-cü ilin döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarında “Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib.
Hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən yarışda tank bölmələrinin döyüş hazırlığı yoxlanılıb.
Hərbi qulluqçulara sıra baxışı keçirildikdən sonra onlardan taktiki və fiziki hazırlıq üzrə məqbullar qəbul olunub. Həmçinin gündüz və gecə vaxtı atış və sürücülük üzrə çalışmalar yerinə yetirilib.
Yarışın yekununda “Ən yaxşı tank bölüyü” adına layiq görülən bölmə müəyyən edilib.
Teqlər:
"\u201c\u018fn yax\u015f\u0131 tank b\u00f6l\u00fcy\u00fc\u201d ad\u0131 u\u011frunda yar\u0131\u015f ke\u00e7irilib"