Menyu

Ədliyyə general-mayoru Tofiq Həsənov ali xüsusi rütbəsindən məhrum edilib

Nərmin Qocamanlı
Ədliyyə general-mayoru Tofiq Həsənov ali xüsusi rütbəsindən məhrum edilib

Ədliyyə general-mayoru Tofiq Etibar oğlu Həsənov ali xüsusi rütbəsindən məhrum edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Tofiq Etibar oğlu Həsənovun ağır cinayətlər törətdiyinə görə məhkum olunması barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsini və Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin təqdimatını əsas götürərək qərara alıram:

Tofiq Etibar oğlu Həsənov ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və “Vətən uğrunda” medalından məhrum edilsin".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər