"Traktor" səfərdə qalib gələrək liderliyə yüksəldi
Əziz Əzizli
İran çempionatında 6-cı turun oyunları keçirilir. “Traktor” bu həftə səfərdə “Sepahan”la qarşılaşıb.
"Operativ Media" xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi 31-ci dəqiqədə azlıqda qalıb. Buna baxmayaraq, təbrizlilər 45+1-ci dəqiqədə hesabda önə keçib. 10 nəfərlə sona qədər inamlı müdafiə olunan Təbriz təmsilçisi yekunda 1:0 hesablı qələbə qazanıb.
Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran “Traktor” topların daha yaxşı fərqinə (+7) turnir cədvəlində zirvəyə yüksəlib. Eyni xala malik “Malavan” ikinci, “Sepahan” isə üçüncü yeri tutur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net