Menyu

Vüqar Mustafayev Dmitri Pantusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Vüqar Mustafayev Dmitri Pantusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Müdafiə sənayesi naziri Vüqar Mustafayev Bakıda keçirilən "ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində Belarus Respublikası Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Operativ Media"ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, görüş zamanı hərbi-texniki sahədə mövcud əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb:

"Qonaqlar "ADEX-2024" və "Securex Caspian" sərgilərinin müdafiə sənayesi sahəsinin inkişafındakı rolundan bəhs ediblər. Onlar mötəbər tədbirlərin Azərbaycanda peşəkarlıqla təşkil olunduğunu qeyd edərək, buradakı işgüzar mühitin əhəmiyyətindən danışıblar. Sonda Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Elmi Tədqiqat İnstitutu ilə Belarus Respublikasının Dövlət Xarici Ticarət Unitar Müəssisəsi - “Belspesvneştexnika” arasında Anlaşma Memorandumu imzalanıb".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər