UEFA Avropa liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ" səfərdə "Tottenhem" klubu ilə qarşılaşacaq.
"Operativ Media" xəbər verir ki, bu "Qarabağ"ın İngiltərə klubu ilə ilk qarşılaşması deyil. 9 il bundan əvvəl Azərbaycan təmsilçisi Avropa Liqasının qrup mərhələsində "Tottenhem"lə iki dəfə qarşılaşıb.
Səfərdə 3-1, Bakıda isə 1-0 hesabı ilə məğlub olan "atlılar" sentyabrın 26-da yenidən "Tottenhem"lə qarşılaşacaq.
2015-ci ildə Londona səfər edən heyətdən hal-hazırda Bədavi Hüseynov, Riçard Almeyda və baş məşqçi Qurban Qurbanov hələ də "Qarabağ"ın uğurları üçün çalışırlar.
İngiltərə klubunda isə bu say İkidir. 9 il öncə də komandada olan H.Son və Ben Deyvis "Tottenhem"in şərəfini qoruyurlar.
Qeyd edək ki, 2015-ci ildən fərqli olaraq bu dəfə komandalar 1 dəfə üz-üzə gələcəklər. Matç sentyabrın 26-sı saat 23:00-da Londonda baş tutacaq.