Elm və təhsil naziri ilk dərs günündə Şuşa şəhərində yerləşən 1 nömrəli tam orta məktəbdə olub.
"Operativ Media" xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayev bu barədə sosial şəbəkədə paylaşım edib.
"Ölkəmizdə bütün pillə və səviyyələr üzrə təhsil alanları, onların müəllimlərini dərs ilinin başlaması münasibətilə Şuşa şəhərindən salamlayıram. Yeni dərs iliniz uğurlu olsun!" , - deyə o, paylaşımda qeyd edib.