Menyu

Sabah bəzi rayonlarda leysan yağacaq, temperatur aşağı düşəcək

Sabah bəzi rayonlarda leysan yağacaq, temperatur aşağı düşəcək

Sentyabrın 16-sı axşam qərb rayonlarından başlayaraq 17-si gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Bu barədə "Operativ Medi"ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, havanın temperaturu ötən günlərlə müqayisədə 3-6° aşağı enəcək.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Teqlər:

"Sabah b\u0259zi rayonlarda leysan ya\u011facaq temperatur a\u015fa\u011f\u0131 d\u00fc\u015f\u0259c\u0259k"

Əlaqəli Xəbərlər