Menyu

FHN: Ötən sutka 77 yanğına çıxış olub, 6 nəfər xilas edilib

FHN: Ötən sutka 77 yanğına çıxış olub, 6 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-nin mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 77 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 6 nəfər, o cümlədən yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalan 1 nəfər xilas edilib, 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Teqlər:

"FHN: \u00d6t\u0259n sutka 77 yan\u011f\u0131na \u00e7\u0131x\u0131\u015f olub 6 n\u0259f\u0259r xilas edilib"

Əlaqəli Xəbərlər