Menyu

“Formula 1” yarışları zamanı azarkeş zonasına gətirilməsi qadağan olunan əşyalar - SİYAHI

Nərmin Qocamanlı
“Formula 1” yarışları zamanı azarkeş zonasına gətirilməsi qadağan olunan əşyalar - SİYAHI

Daxili İşlər Nazirliyi “Formula-1 Qatar Airways Azərbaycan Qran Pri 2024” yarışları zamanı azarkeş zonasına gətirilməsi qadağan olunan əşyaların siyahısını açıqlayıb. 

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, yarışların keçirildiyi məkana, ictimai asayişə potensial zərər və zədə gətirə biləcək əşyaların yarışlar zamanı azarkeş zonasına gətirilməsi qadağandır.

- Heyvanlar (fiziki məhdudiyyətli insanlara yardım göstərən xidməti heyvanlar istisna olmaqla);

- Spirtli içkilər, su qabları və hər növ içki qablaşdırmaları (uşaq üçün olan istisna olmaqla);

- Qidalar və içkilər (uşaq üçün olan istisna olmaqla);


- Odlu silah, soyuq silah və digər qeyri-döyüş silah oxşarları, fişənglər, alovlandırıcılar;

- Lazer işıqları, rolik, skeytbord, seqvey, velosiped, skuter;

- Oturacağın altına yerləşməyən iri əşyalar, oturacaqlar və əyləşmək üçün digər ləvazimatlar (fiziki məhdudiyyətlilər istisna olmaqla);


- Dronlar və digər uçan cihazlar;

- Megafon və buna oxşar cihazlar daxil olmaqla səs gücləndiriciləri və musiqi alətləri;

- Soyuducu qutular, pikinik üçün səbətlər;

- Provokativ rəmzlər və şəkillər, dini, siyasi ifadələr və şüarlar, təhqiredici banerlər və əşyalar;

- İri əşyalar və bel çantaları;

- Tutacağı 1 metrdən uzun olan bayraqlar və çətirlər;


- Peşəkar video çəkən cihazlar və obyektivi 30 sm-dən uzun olan fotokameralar yarışlar zamanı azarkeş zonasına gətirilməsi qadağan olunan əşyalar siyahısına daxildir. 

Teqlər:

"\u201cFormula 1\u201d yar\u0131\u015flar\u0131 zaman\u0131 azarke\u015f zonas\u0131na g\u0259tirilm\u0259si qada\u011fan olunan \u0259\u015fyalar - S\u0130YAHI"

Fotogalereya

Əlaqəli Xəbərlər