Menyu

Məhkəmə ağacları qanunsuz kəsən tikinti şirkətini 35 min manat cərimələyib

Nərmin Qocamanlı
Məhkəmə ağacları qanunsuz kəsən tikinti şirkətini 35 min manat cərimələyib

Tikinti şirkəti “Elips-R LTD” MMC ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xəta törətdiyinə görə cərimələnib. 

"Operativ Media"nın əldə etdiyi məlumata görə, müvafiq qurum tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci (şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən  törədildikdə, hər bir ağacın və ya kol əkililərinin  məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.  

Hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətaya görə fiziki şəxslər 2200 manat miqdarında, vəzifəli şəxslər 5000 manat miqdarında, hüquqi şəxslər 35000 manat miqdarında cərimə edilir.

Teqlər:

"M\u0259hk\u0259m\u0259 a\u011faclar\u0131 qanunsuz k\u0259s\u0259n tikinti \u015firk\u0259tini 35 min manat c\u0259rim\u0259l\u0259yib"

Əlaqəli Xəbərlər