İsmayıllıda meşə massivində çətənə kolu yetişdirən şəxs tutulub
Nərmin Qocamanlı
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər də dəfələrlə məhkum olunmuş Namiq Əsədov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya bildirilib ki, ondan meşə massivində əkdiyi 21 ədəd çətənə kolu aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, N.Əsədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Teqlər:
"\u0130smay\u0131ll\u0131da me\u015f\u0259 massivind\u0259 \u00e7\u0259t\u0259n\u0259 kolu yeti\u015fdir\u0259n \u015f\u0259xs tutulub"